Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

ABŞ-dan İranın yaraladığı hərbçilərlə bağlı etiraf

İranın İraqdakı ABŞ bazasına endirdiyi raket zərbələri zamanı Birləşmiş Ştatların azı 109 hərbi qulluqçusu xəsarət alıb.

ABŞ-dan İranın yaraladığı hərbçilərlə bağlı etiraf "Report” xəbər verir ki, bu barədə RİA "Novosti”yə Pentaqonun mətbuat xidmətindən bildirilib.

"Bu, son hesabatdakından 45 nəfər çoxdur", - hərbi müəssisədə qeyd edilib.

Mətbuat xidmətinin məlumatına görə, artıq 76 hərbçi vəzifələrinin icrasına qayıdıb. Almaniyaya daha dəqiq müayinə üçün ümumilikdə 27 hərbçi göndərilib. Lakin sonra onlardan 21-i ABŞ-a göndərilib.

Qeyd edilir ki, həkimlər 5 nəfərin səhhətinin müalicəsini davam etdirirlər, 1 nəfər İraqdakı xidmətinə qayıdıb.

Xatırladaq ki, ABŞ yanvarın 3-də Bağdadda İran generalı Qasım Süleymaninin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat keçirib. İran buna cavabında İraqın qərbində ABŞ hərbçilərinin yerləşdirildiyi Eyn-al-Asad bazasına raket zərbələri endirib. Əvvəlcə ABŞ prezidenti Donald Tramp və Pentaqon rəhbərliyi atəş zamanı xəsarət alanın olmadığını bildirirdi.

Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.