ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO

  • 23 yan 2020, 08:08

ABŞ-da atışma olub.

"Report”un məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

Məlumata görə, hadisə Vaşinqton ştatında qeydə alınıb. Sietl şəhərində naməlum şəxs ətrafdakılara atəş açıb. Nəticədə 1 nəfər həlak olub, daha 5 nəfər xəsarət alıb.

Şəhər polisi "Twitter” hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarıldığını bildirib. Asayiş keşikçiləri qeyd ediblər bir neçə zərərçəkən var. Lakin onlar yaralıların dəqiq sayını açıqlamayıblar.

Oxşar xəbərlər