Xəbər lenti
Bütün xəbərlər

Rusiyanın yeni baş naziri təsdiqləndi

  • 16 yan 2020, 22:19

Dövlət Duması Mixail Mişustinin Rusiya Federasiyası Hökumətinin sədri təyin edilməsinə razılıq verib.

Demokratik.Az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, Mişustinin namizədliyini plenar iclas zamanı prezidentin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Qarri Minx təqdim edib.

Mişustinin hökumət başçısı təyin edilməsini Dövlət Dumasının üç fraksiyasının – "Vahid Rusiya”, "Liberal Demokrat Partiyası” və "Ədalətli Rusiya” nümayəndələri dəstəkləyib.

 

Kommunist Partiyası fraksiyasının deputatları səsvermədə iştirak etməyiblər.

Qeyd edək ki, ötən gün Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.

Prezident Vladimir Putin isə Mixail Mişustin ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini təklif edib.

Oxşar xəbərlər