Xəbər lenti
Bütün xəbərlər

İran Kanadanın bütün nümayəndələrinə viza verib

  • 13 yan 2020, 23:46

İranda Ukraynanı "Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasının araşdırılmasında iştirak etməli və həlak olanların yaxınlarına yardım göstərməli olan bütün kanadalı mütəxəssislər və diplomatlar İran vizaları ilə təmin olunublar.

APA "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Kanadanın Xarici İşlər naziri Fransua-Filipp Şampan özünün "Twitter” səhifəsində məlumat verib.

"Bütün vizalar alındı. Bütün mütəxəssislər və diplomatlar tam tərkibdə bir gün sonra Tehranda olacaqlar”, - nazir belə deyib.

Yanvarın 11-də Kanadanın Baş Naziri Castin Trüdo İran vizası alan Kanadanın ilk nümayəndələrinin Tehrana göndərildiyini açıqlamışdı.

Oxşar xəbərlər