Xəbər lenti
Bütün xəbərlər

“Donald Trampı Ağ Evdən qovacam”

  • 13 yan 2020, 08:13

Reklama 37 milyon xərcləyən xilaskar-milyarder prezident olmaq üçün yarışacaq

ABŞ prezidentliyinə namizəd olan Michael Bloomberg "Reuters” agentliyinə verdiyi açıqlamada bildirib ki, 2020-ci ildə Ağ Evdən Respublikaçı Prezidenti Donald Trampı qovmaq üçün bütün varidatını xərcləməyə hazırdır.

Dünyanın ən zəngin adamlarının həyatını əks etdirən "Forbes” jurnalı Michael Bloombergi Amerikanın ən varlı səkkizinci adamı kimi təqdim edir. O, noyabr ayından prezidentliyə namizəd kimi kampaniyaya başlayıb. Onun reklam kampaniyasına milyonlar xərcləməsi isə ciddi tənqidlə qarşılanır. Onu ittiham edirlər ki, o, Amerikada demokratiyanı öz pulu ilə satın almaq istəyir. Bir çoxları hesab edir ki, onun cənab Trampı məğlub etmək üçün çox yaxşı şansı var.

"Bir nömrəli prioritet Donald Trampdan xilas olmaqdır. Trampdan yaxa qurtarmaq üçün bütün pulumu xərcləyəcəm", cənab Bloomberg deyir. O, sadəcə demir, həm də edir. Belə ki, o, TV-də prezidentliyə namizəd qismində reklam olunmaq üçün 37 milyon dollar ödəyib.

Agentlik xatırladır ki, Michael Bloomberg 2002-2013-cü illərdə Nyu-York şəhərinin meri olub. O, Demokratlar Partiyasının namizədidir.

https://www.reuters.com/article/us-usa-election-bloomberg/im-spending-all-my-money-to-get-rid-of-trump-michael-bloomberg-idUSKBN1ZB08S

Elbəyi Həsənli, Sürix

Oxşar xəbərlər