Şotlandiyada müstəqillik referendumu keçiriləcək

  • 16 dek 2019, 08:33

Şotlandiyada müstəqillik referendumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının lideri Nikola Stercen Böyük Britaniya Parlamentinin İcmalar Palatası üçün keçirilən seçkilərdə 48 yer qazandıqdan sonra müstəqillik referendumu keçirəcəklərini söyləyib.

O, bildirib ki, şotlandlar Avropa İttifaqından ayrılmaq istəmir və Brexitə yox deyir.

Stercen qeyd edib ki, referendum Şotlandiya xalqının gələcəyini təyin etmək üçün demokratik hüququn təsdiqidir. O, Miladdan əvvəl Baş Nazirə yeni müstəqillik referendumunun keçirilməsi üçün məktub göndərəcəyini vəd edib.

Xatırladaq ki, 2014-cü ildə keçirilən müstəqillik referendumunda 55 faiz insan Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalması üçün səs vermişdi.

Oxşar xəbərlər