Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək

  • 11 dek 2019, 14:37

Çexiya keçmiş prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanı Ermənistana ekstradisiya edəcək.

Demokratik.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abrahamyan öz "Facebook" səhifəsində məlumat yayıb.

"Bununla əlaqədar olaraq Ermənistan Baş Prokurorluğu polisə Narek Sarkisyanın ekstradisiyasını təşkil etməyi tapşırıb", - deyə Abrahamyan əlavə edib.
Xatırladaq ki, daha əvvəl Sarkisyan silah-sursat, partlayıcı maddə və narkotik vasitələri saxlamaqda şübhəli bilinərək axtarışa verilib. 2018-ci ilin dekabrında İnterpol onu Franklin Qonsales pasportu ilə gizləndiyi Praqada tapıb.

Oxşar xəbərlər