Rusiyanın hansı bölgəsində daha çox maaş verilir?

  • 02 dek 2019, 17:42

Rusiyanın ən yüksək əməkhaqqı verilən bölgələri məlum olub. Novator.az bildirir ki, "RİA Novosti” agentliyinin tərtib etdiyi reytinqə əsasən, 6 bölgədə hər 5 sakindən biri ayda 100 min rubldan (2640 manat) çox pul qazanır.

Ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinin 20 min rubldan 52 min rubla qədər dəyişdiyi qeyd olunur.

Yüksək əməkhaqqı verilən bölgələr siyahısının ilk pilləsində Çukot Muxtar Mahalı gəlir. Hesabata görə, bu bölgədə çalışanların 32%-dən çoxunun maaşı 100 min rublu aşır.

İkinci yerdə 31,7%-lə Yamalo-Nenets Muxtar Mahalı qərarlaşıb.

Paytaxt Moskva 27,4%-lə üçüncüdür.

İlk onluqda Maqadan vilayəti, Nenets Muxtar Mahalı, Saxalin vilayəti, Saxa Respublikası (Yakutiya), Kamçatka diyarı, Xantı-Mansı Muxtar Mahalı və Sankt-Peterburq şəhəri də yer alır.

Hesabata əsasən, əhalisi az maaşlı bölgələrin 7-də işçilərin heç 1%-i də 100 min rubldan çox əməkhaqqı ala bilmir.

44 federal subyektdə yüksək maaş alan işçilərin ümumi işçilərə nisbəti 2,5%-ə yaxındır.

 

Oxşar xəbərlər