İsrail qırıcıları HƏMAS mövqelərini vurdu

  • 30 noy 2019, 19:37
İsrail qırıcıları HƏMAS-ın Qəzza sektorunda yerləşən hərbi hədəflərinə zərbələr endirib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti informasiya yayıb.
İsrail ordusu zərbələrin ölkə istiqamətində atılan raketlərə cavab xarakteri daşıdığını qeyd edib.
"Cavab olaraq İsrail Müdafiə Ordusunun qırıcıları Qəzza sektorunun şimal hissəsində yerləşən bir neçə terror obyektinə zərbə endirib”, - İsrail ordusundan bildirilib.
Oxşar xəbərlər