Konqoda etiraz aksiyalarında 4 nəfər ölüb

  • 26 noy 2019, 07:38

Konqo Demokratik Respublikasında BMT əleyhinə etiraz aksiyalarında dörd nəfər ölüb.

APA "Frans-Press” agentliyinə istinadən xəbər verir ki, iğtişaşlar zamanı həmçinin on mülki şəxs və üç hərbçi yaralanıb.

Məlumata görə, bir qrup silahlı şəxs BMT-nin Konqodakı missiyasının bazasına girərək ərazini, eləcə də şəhər meriyasının binasını atəşə tutublar.

Bu arada BMT-nin Konqo Demokratik Respublikasındakı Sülhməramlı Missiyası Twitter-də bəyanat yayaraq nümayişçiləri sakit və təmkinli olmağa çağırıb.

BMT nümayəndəliyi sosial mediada yayılan yanlış məlumatlardan və zorakılığa çağırışlardan narahatlığını bildirib.

Oxşar xəbərlər