Xəbər lenti
Bütün xəbərlər

Argentina 17 "siyasi" səfirini geri çağırır

  • 23 noy 2019, 00:48

Argentina hökuməti siyasi qərarla təyin edilən, karyeraca diplomat olmayan 17 diplomatik nümayəndəsini geri çağırır.

 

Bu barədə "Report" RİA "Novosti"yə istinadla xəbər verir.

Məlumata görə, məmurlar prezidentin səlahiyyətlərinin başa çatdığı 9 dekabra qədər istefaya getməlidir.

Rəsmi bülletendə dərc edilmiş fərmanda deyilir ki, adları çəkilən vəzifəli şəxslər 2019-cu ilin 9 dekabrınadək ölkənin ərazisinə qayıtmalıdır.

Argentinanın yeni səfirləri Boliviyada, Kolumbiyada, Çilidə, Ekvadorda, Meksikada, Peruda, Paraqvayda, Uruqvayda, Kosta-Rikada, İspaniyada, Portuqaliyada, Çində və ABŞ-da, həmçinin "Unisef"də, "Mercosur"da (Cənubi Amerika gömrük ittifaqı) və "Aladi"də (Latın Amerikası İnteqrasiya Asossiasiyası) yanında təyin ediləcək.

Ayrıca fərmanla həmçinin Vatikandakı nümayəndə geri çağırılıb.

Oxşar xəbərlər