Sinaqoqda terror aktı planlaşdıran şəxs saxlanılıb

  • 06 noy 2019, 07:48

ABŞ-ın Kolorado ştatının Pueblo şəhərindəki sinaqoqda terror aktı törətmək istəyən Ku-kluks-klanın üzvü saxlanılıb.

"Report” "TASS”-a istinadən xəbər verir ki, bu barədə "New York Times” qəzeti Denverdə federal məhkəməyə daxil olan sənədlərə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, 27 yaşlı Riçard Holzer gizli fəaliyyət göstərən Federal Təhqiqat Bürosunun (FTB) agentlərinə planlaşdırdığını açıqladıqdan sonra saxlanılıb.

Cari ilin oktyabr ayında məhkəməyə təqdim olunan sənədlərə əsasən, Riçard Holzer FTB agentləri ilə sinaqoqa gələn insanları zəhərləməyi, molotov kokteyli və partlayıcı qurğuların düzəldilməsini müzakirə edib. O, daha əvvəl Ku-kluks-klanın üzvü olduğunu da etiraf edib.

Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 20 ilədək həbs cəzası gözləyir.

Oxşar xəbərlər