Xəbər lenti
Bütün xəbərlər

İŞİD-in yeni rəhbərinin adı açıqlanıb

  • 29 okt 2019, 08:36

Abdullah Qardaş milliyətcə türkməndir, Səddam Hüseynin zabiti olub

Məlum olduğu kimi, srağagün İŞİD terror təşkilatının lideri Əbubəkr əl Bağdadi ABŞ-ın təşkil etdiyi əməliyyat nəticəsində öldürülüb.

Avropa.info xəbər verir ki, dünya gündəmini dəyişən bu xəbərdən sonra, ABŞ prezidenti Donald Tramp daha bir açıqlama ilə çıxış edib.

Tramp, İŞİD-in yeni rəhbərinin kim olduğunu və harada gizləndiyini bildiklərini deyib.

ABŞ-ın Newsweek jurnalı İŞİD terror təşkilatının yeni liderinin adını açıqlayıb. Jurnalın iddiasına görə, İŞİD-in yeni lideri Telafer türkməni olan, Hacı Abdullah əl-Afari ləqəbli Abdullah Qardaş olacaq.

Xəbərdə Abdullah Qardaşın Bağdadinin ən yaxın adamlarından biri olduğu, keçmişdə Səddam Hüseyn ordusunda zabit kimi xidmət etdiyi bildirilir. Abdullah Qardaşın 2003-cü ildə Bağdadi ilə birlikdə həbs olunduğu və son bir ildə terror təşkilatının ikinci adamına çevirildiyi qeyd olunur.

Oxşar xəbərlər