Tallinn “Avropanın yaşıl paytaxtı” adına iddialıdır

  • 27 okt 2019, 22:29

Estoniyanın paytaxtı 2022-ci il üçün Avropanın ən yaşıl şəhəri olmaq üçün namizədliyini irəli sürüb.

AZƏRTAC xəbər verir ki, "Avropanın yaşıl paytaxtı” adını almaq üçün Tallinn rəhbərliyi artıq lazımi sənədləri imzalayaraq Avropa Komissiyasına təqdim edib.

Namizədlərin seçimi 12 meyar üzrə aparılır. Bunların arasında havanın təmizliyi, yaşıllıqların sahəsi, səs-küyün azlığı, tullantılar və sairə var.

Oxşar xəbərlər