Bir şəhər İŞİD-in əlindən alındı

  • 24 fev 2015, 19:54
İraq ordusunun keçirdiyi əməliyyat nəticəsində İŞİD qüvvələri Əl-Bağdadi şəhərinin bir hissəsinə nəzarəti itirib və bununla da, şəhər İŞİD-dən azad olub. Bu məlumatı İraq Müdafiə Nazirliyi də təsdiqləyib.

Demokratik.Az bildirir ki,Nazirliyin yaydığı əməliyyat kadrlarında İraq ordusunun Əl-Bağdadi şəhərinin sakinləri ilə şəhər yaxınlığında görüşməsi əks olunub. Nazirliyin videonu müşayiət edən bəyanatında bildirilir ki, Ənbar əyalətinin Əl-Bağdadi şəhərini İŞİD-dən azad edilməsində İraq ordusunun 7-ci diviziyasına yerli tayfalar da kömək edib. Əməliyyat nəticəsində İŞİD sayı dəqiq məlum olmayan itki verib, həmçinin hərbi texnika məhv edilib.

Paytaxt Bağdaddan 180 kilometr aralıda yerləşən Əl-Bağdadi ötən ilin iyunundan İŞİD qüvvələrinin əlində idi.

Bu arada, İŞİD-ə qarşı beynəlxaq koalisiyanın İraqın və Suriyanın bir neçə şəhərinə aviazərbələri nəticəsində 52 İŞİD üzvü öldürülüb. "Associated Press" agentliyinin məlumatına görə, Suriyada ekstremistlər hava hücumlarına Kobani və Əl-Əsak şəhərlərində, İraqda isə Mosul, Kərkük və daha bir neçə şəhərdə məruz qalıblar. Ümumilikdə 20 aviazərbə endirilib.
 

Oxşar xəbərlər