Neft yenidən bahalaşdı

  • 24 fev 2015, 19:44

Neftin qiyməti dünya bazarlarında yenidən bahalaşıb.

Bu barədə Qərb mətbuatı yazır.

Son məlumatlara görə, fevralı 23-də ucuzlaşan neft bu gün yenidən bahalaşıb. Belə ki, Brent markalı neftin bir barrelinin aprel fyuçersinin qiyməti 1,24% bahalaşaraq 59,64 dollara çatıb.

WTİ markalı neft isə 0,80% bahalaşaraq 49,85 dollar olub.

Qeyd edək ki, fevralın 23-də dünya bazarlarında neftin bir barelinin qiyməti xeyli ucuzlaşmışdı. Brent markalı neftin dəyəri 1,18% ucuzlaşaraq bir barelin qiyməti 58,95 dollar olmuşdu.

WTİ markalı neftin qiyməti isə 2,26% azalaraq, 49,66 dollara düşüb. Neft son bir neçə ayda 2 dəfə ucuzlaşıb.


Demokratik.Az

Oxşar xəbərlər