Kral Salman oğlunu nazir təyin etdi

  • 08 sen 2019, 12:53
Səudiyyə Ərəbistanının kralı oğlunu yeni energetika naziri təyin edib.

Demokratik.Az xəbər verir ki, kral Salman bin Abdel Əziz əl-Səud oğlunu sabiq energetika naziri Xalid Əl Falihin yerinə gətirib. O, 2005-ci ildən 2017-ci ilə qədər neft nazirinin köməkçisi statusunda olub. Yeni nazir ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ögey qardaşıdır.

Əbdüləziz bin Salman Səudiyyədə energetika naziri təyin edilən ilk kral ailəsi üzvüdür.
Oxşar xəbərlər