Gürcüstan prezidentinin mətbuat katibi istefa verib

  • 08 sen 2019, 12:44

Gürcüstan prezidenti Salome Zurabişvilinin mətbuat katibi Xatia Moistsrapişvili istefa verib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

X.Moistsrapişvilinin istefasına onun S.Zurabişvili ilə bir sıra məsələlər üzrə yaranan fikir ayrılıqlarının səbəb olduğu bildirilir.

X.Moistsrapişvili bu ilin yanvarında Gürcüstan prezidentinin mətbuat katibi təyin olunub. Buna qədər o, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri və qurumun mətbuat katibi olub.

Oxşar xəbərlər