Nazarbayev Rusiyaya işgüzar səfərə gəlib

  • 07 sen 2019, 11:18

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Rusiyaya işgüzar səfərə gəlib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Nazarbayevin mətbuat katibi Aydos Ukibay məlumat verib.

Onun sözlərinə görə, səfər zamanı Nazarbayev Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Moskva şəhər günü münasibətilə keçirilən tədbirlərdə iştirak məqsədilə Rusiyaya gələn Nazarbayev burada təşkil edilmiş Qazaxıstan milli pavilyonuna da baş çəkəcək.

Oxşar xəbərlər