Xüsusi təyinatlılar silahlı dəstəni zərərsizləşdirib

  • 06 sen 2019, 17:40

Ukraynanın Dnepropetrovsk vilayətində "KORD” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri adam oğurlayıb əvəzində pul tələb edən silahlı bandanın üzvlərini həbs edib.

Vilayət polisinin yaydığı məlumata görə qruplaşmanın tərkibinə 20-30 yaşında gənclər daxil olub. Bandanı təşkil edən isə məşhur "vor zakon”dur, amma onun adı açıqlanmır. Hərçənd həbsxanadan çıxandan sonra Türkiyədə yaşadığı bildirilir. Həmin "vor zakon”un nəzarəti altında Ukraynada və qonşu ölkələrdə bir neçə qruplaşma fəaliyyət göstərir.

Saxlanılanların mənzillərində və avtomobillərində aparılan axtarışlar zamanı silah da tapılıb. Saxlanılanlar iki nəfərdir, dəstənin digər üzvlərinin tutulması üçün polis əməliyyatı davam edir.

Oxşar xəbərlər