Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

Qərbin “xoxan” obrazının sonu kimlərə mesajdır?

Politoloq: "Bu, həm reallığın etirafı, həm də o dövlətə mesajdır ki...”

Qərbin “xoxan” obrazının sonu kimlərə mesajdır?Bu barədə Fransanın prezidenti Emmanuel Makron səfirlərin iclasındakı çıxışında bəyan edib.

O deyib ki, biz, dünyada Qərb hegemonluğunun sonunu görürük: "Vəziyyət dəyişir. Bu vəziyyətə gətirən amillər arasında yeni güclərin möhkəmlənməsi, Çinin getdikcə daha çox gözə çarpan liderliyi və Rusiyanın öz strategiyasında böyük uğurları aparıcı rol oynayır”.

Bəs bu, Fransanın ABŞ-a mesajıdır? Yoxsa reallığın etirafıdır? Qərbin hegemonluğunun başa çatması yeni dünya düzəni üçün nələr vəd edə bilər?

Politoloq Nəzakət Məmmədova "Yeni Müsavat”a bildirdi ki, bu, həm reallığın etirafı, həm də ABŞ-a mesajdır: "Makron bu fikirləri bəyan etməklə, bir daha avrosentrist mövqeyini ortaya qoydu. Makron Şarl De Qoldan sonra Avropanın ABŞ-dan asılılığının azaldılmasına çalışan, onun Avropa işlərinə müdaxiləsinə qarşı çıxan Beşinci Respublikanın ən qətiyyətli dövlət başçısıdır desək, yanılmarıq. Prezidentlik dönəminin lap başlanğıcında o, qlobalist maliyyə-biznes dairələrinin adamı kimi qəbul olunurdu. Lakin son dövrlərdə Fransa ilə ABŞ arasında bir çox beynəlxalq məsələlərə yanaşmada ziddiyyətlər var: Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz ABŞ və Fransa arasında geosiyasi qarşıdurma meydanına çevrilib. Fransa və Rusiyanı nəhəng enerji və biznes maraqları birləşdirir, ”Şimal axını- 2" layihəsinin ən mühüm tərəfdaşı Almaniya ilə bərabər Fransadır, İrana münasibətdə Paris və Moskva Vaşinqtona qarşı oxşar mövqedədir və Fransa ABŞ-ın liderlik etdiyi birqütblü dünya nizamını qəbul etmək istəmir. Sosializm ideyalarının Avropada ən güclü siyasi-ideoloji dayaqlarının olduğu, demokratiyanın beşiyi hesab olunan, "Azadlıq, bərabərlik, qardaşlıq” ideyasının vüsət aldığı bir dövlət anqlo-sakson mədəni hegemonluğuna qarşı frankofon ekspansiyasını alternativ kimi dünyaya təqdim etməklə, həm də çoxqütblü dünya qaydasının tərəfdarı olduğunu göstərir və burada tərəfdaşlardan biri olaraq Rusiyanı görür. Xüsusilə, Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ və NATO müttəfiqləri, xüsusilə Fransa arasında ziddiyyətlər gərginləşib. Avropalı müttəfiqlərin ümumdaxili məhsulun 2 faizini Alyansın büdcəsinə üzvlük haqqı olaraq keçirməyəcəkləri təqdirdə Vaşinqtonun Soyuq müharibə dövründə olduğu kimi onları Rusiya təhdidindən öz çətiri altına almayacağı ilə hədələməsi  Fransanı və bəzi digər NATO üzvlərini Şərqə doğru çevirməyə vadar edib. ABŞ-ın SSRİ ilə olan müqavilələri denonsasiya etməsi Avropanı ABŞ-ın himayəsindən məhrum edərək, onu Rusiya ilə təkbətək qoyub. Belə olan təqdirdə, ABŞ ilə anlaşa bilməyən Avropa təhdidin mənbəyi ilə yaxınlaşmağı üstün tuturlar. Makronun da qeyd etdiyi kimi, Qərbin hegemonluğu başa çatıb, ən azından ona görə ki, Qərb özü hazırda parçalanıb, vahid düşərgədə təmsil olunmayıb və beynəlxalq sistemdə Rusiya, Çin kimi güc mərkəzləri çoxqütblü dünya nizamının təfəfdarı kimi çıxış edirlər".

"Geopolitik dəyişikliklər ondan xəbər verir ki, Qərbin hegemonluğu dövranının sonu çatır”.

Politoloq qeyd etdi ki, Qərbin hegemonluğunun başa çatması və bunun Fransa kimi böyük dövlətin, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, nüvə dövləti olan ölkənin prezidenti tərəfindən etiraf olunması dünyada çoxqütblü dünya nizamının yenidən formalaşmasına səbəb ola bilər: "Rusiya və Çin Soyuq müharibə dövrünün reallıqlarının saxlanılmasında və çoxqütblü dünya nizamının olmasında maraqlıdır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq qəbul olunan qərarlarda veto hüququ onların əlində nüvə silahı qədər kəsərli vasitədir və bu dövlətlər də, Fransa kimi həmin hüququ yalnız ABŞ-a təhvil vermək fikrində deyillər. ABŞ-ın Yeni dünya qaydası planları Yaxın Şərqdə iflasa uğrayıb və bunda Rusiya və Fransanın ”əməyi" danılmazdır. Prezident Putinin Münhen Təhlükəsizlik konfransında məşhur nitqi, Ərdoğanın Davosdakı demarşı, indi isə Makronun məlum tezisləri regional və beynəlxalq münasibətlər sistemində bir çox əsaslı dəyişikliklərə səbəb olmaqdadır. Əksər dünya ölkələri, güc mərkəzləri birmənalı surətdə çoxqütblü dünya sisteminin bərqərar olmasında israr edir, bu, bir fövqəldövlətin planetar miqyasda hegemonluğuna qarşı ən real çıxış yolu kimi göstərilir. Mövcud şərait onu göstərir ki, Yeni dünya  nizamının formalaşması zərurəti yaranmışdır və burada Rusiya, Çin kimi qlobal gücə çevrilmək iddialı iddiasında olan dövlətlərin maraqları da nəzərə alınmalıdır". /"Yeni Müsavat”/

Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.