"Yaxın zamanda Çinlə müzakirələrə başlayacağıq" - Tramp

  • 26 avq 2019, 13:31

"Yaxın zamanda Çinlə müzakirələrə başlayacağıq".

APA-nın "France Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Fransanın Biarritz şəhərində keçirilən "G7" sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Donald Trampın sözlərinə görə, ötən gecə Çin tərəfi ABŞ-ı təmsil edən nümayəndə heyətinə zəng edərək müzakirə masasına dönmək istədiyini bildirib.

"Biz tezliklə müzakirələrə başlayacağıq. Düşünürəm ki, razılaşma əldə edə biləcəyik. Çin öz tədarük zəncirini itirmək istəmir. Çinlə çox ciddi danışmağa başlayacağıq”, - deyə D. Tramp qeyd edib.

Oxşar xəbərlər