Xəbər lenti
Bütün xəbərlər

Tbilisi səması təyyarələrin üzünə bağlandı

  • 04 avq 2019, 07:46
Gürcüstan Mülki Aviasiya Agentliyi Tbilisi üzərində uçuşları NATO-nun "Çevik ruh 2019” təlimi ilə əlaqədar məhdudlaşdırıb.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Agentliyin mətbuat xidməti yayıb. Uçuşlar əvvəlcə yerli vaxtla saat 09:30-dan 11:30-a qədər dayandırılıb.
İkinci dəfə isə uçuşlar axşam saat 21:30-dan dayandırılıb və məhdudiyyətin 23:30-a qədər davam edəcəyi bildirilib.
O da vurğulanıb ki, uçuş qadağası 5, 7, 8, 9 avqustda da elan ediləcək.
Oxşar xəbərlər