Demokratik TV
Xəbər lenti
Tramp “Twitter”dən istifadə etməsinin səbəbini açıqlayıb
- 31 iyul 2019, 12:32

APA-nın xəbərinə görə, D. Tramp "C-Span” telekanalına müsahibəsində bildirib ki, mətbuatın hücumundan qorunmaq üçün "Twitter”dən istifadə edir.
"Əgər mətbuat barəmdə qərəzsiz yazılar yayımlasaydı, o zaman "Twitter”də yazmağıma ehtiyac qalmazdı. Lakin onlar barəmdə düzgün məlumatlar yazmırlar. "Twitter” mənim üçün yeganə müdafiə üsuludur”, - ABŞ Prezidenti vurğulayıb.
D. Tramp qeyd edib ki, Prezident olduğu 2 il yarım müddət ərzində ən böyük məyusluğu medianın onun haqqında yazdıqları ilə bağlıdır: "Bu, məni çox məyus edir, çox təəccübləndirir. Qələbənin əhəmiyyətindən asılı olmayaraq, media fəaliyyətimi düzgün işıqlandırmır. Elə bu səbəbdən də "saxta xəbər” ifadəsi yaranıb”.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Tramp Çinə səfərini şərh edib
Tramp ilk mətbuat konfransına hazırlaşır
Tramp sabiq köməkçisinə “it” dedi
Tramp təhlükəsizlik üzrə müşavirini istefaya göndərib
Kerri Trampı "Twitter"ə görə belə qınadı
"Donald Tramp zalımdır"-prezident
Tramp həyat yoldaşının adını səhv yazıb
Tramp İranı fars dilində təndiq etdi
"Twitter"-də problemlər yaşanıb - nasazlıq
"Əl əli yuyar, əl də üzü"
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti