Köçəryanın ofisinin rəhbəri yenə Paşinyanı hədələdi

  • 29 iyul 2019, 23:05

Viktor Soqomonyan: Robert Köçəryana qarşı təqib Rusiyanı narahat etməyə bilməz

 

 

 

 

"Robert Köçəryana yönəlik siyasi təqib bizim starteji müttəfiqimizi narahat etməyə bilməz”.

Musavat.com Ermənistan mediasına istianadən xəbər verir ki, bu sözlər keçmiş prezidentin ofisinin rəhbəri Viktor Soqomonyanın mətbuat konfransında səsləndirilib.

"Bu gün Konstitusiyanın müddəalarının pozulması ilə həbs olunan keçmiş prezidentdən danışa bilərik. Robert Köçəryanın 11 ildən çoxdur ki, Rusiyanın ən iri korporasiyalarından ("Sistema” Səhmdar Maliyyə Korporasiyası-red.) birinin direktorlar şurasının üzvü olması faktı gözdən qaçırıla bilməz. Ermənistanda siyasi təqiblərin bitdiyi barəsində deyilənləri eşitmək olduqca qəribədir. Əgər bununla həqiqəti müəyyən etmək mümkün olsaydı, Robert Köçəryan özü çıxıb hər şeyi söyləyərdi”, -deyə V.Soqomonyan bildirib. Erməni siyasətçi gəlinən situasiyaya görə dövlət üçün yaxşı heç bir şey baş verməyəcəyini deyib.

"Ümid edirəm ki, bunu Nazirlər kabinetində də başa düşəcəklər”, -deyə V. Soqomonyan qeyd edib.

Keçmiş prezidentin ofisinin rəhbəri onun siyasi fəaliyyəti məsələsinə də toxunub.

"Qəfəs insana siyasətlə məşğul olmağı qadağan edə bilməz. Sabah o, verilən yazılı suallar əsasında mətbuatda bir çox məsələlərə aydınlıq gətirəcək. R.Köçəryan istər həbsxanada, istərsə də azadlıqda olsun həmişə siyasətdədir,” -deyə Viktor Soqomonyan jurnalistlərə söyləyib.

Oxşar xəbərlər