Hospital bombalandı: 5-i öldü, 8-i yaralandı

  • 29 iyul 2019, 14:29

Xəlifə Xaftarın başçılıq etdiyi Liviya Milli Ordusu Tripolidə səhra hospitalına aviazərbələr endirib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Liviyanın Milli Barışıq Hökumətindən bildirilib.

Məlumata görə, aviazərbələr nəticəsində 5 həkim ölüb, tibbi personalın daha 8 üzvü yaralanıb.

Qeyd edək ki, Liviya Milli Ordusu aprelin 4-də Tripolinin "terrorçulardan azad olunması” üçün hücuma başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Tripolidə döyüşlər nəticəsində mindən çox insan həlak olub, 5,5 mindən çoxu yaralanıb.(Xezerxeber.az)

Oxşar xəbərlər