Xəbər lenti
Bütün xəbərlər

Rəsulzadənin nəvəsi də "Cümhuriyyət 100" medalını aldı

  • 12 iyul 2019, 19:11
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı medalla təltif olunmuş bir qrup media, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlərə medalların təqdim olunma mərasimi keçirilib.
 
 
Demokratik.Az APA-ya istinadən xəbər verir ki, medalları Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.
Medalla təltif olunanlar arasında Məhəmməd Əmin Rəsulzadənin varisi Rəis Rəsulzadə də var.
Bundan başqa, AXC qurucularının varislərindən Leyla Abasquliyeva, Xurşud Abdullayeva, Solmaz Şıxlınskaya da medalla təltif olunublar.
Rəis Rəsulzadə təqdimat mərasimində qısa çıxış edib. O, deyib ki, belə bir mükafatı aldığına görə qürur duyur və Prezidentə təşəkkür edir.

 


Oxşar xəbərlər