Xəbər lenti
Bütün xəbərlər

Sudanda Hərbi Şura amnistiya qərarı verib

  • 04 iyul 2019, 08:02

Sudanda Hərbi Keçid Şurası Darfur bölgəsində aparıcı siyasi və hərbi hərəkatlardan biri olan Sudanın Azadlıq Hərəkatının 235 üzvü barədə amnistiya qərarı verib.

APA "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Şuranın rəhbəri Abdel Fəttah əl-Burxan açıqlamasında deyib.

"Arkua Minni Minnavinin rəhbərliyi altında Sudan Azadlıq Hərəkatının məhbus üzvləri barədə ümumi əfv fərmanı ilə əlaqədar bir qərar verilib. Fərman 235 məhbusa şamil edilib və onlar dərhal azad ediləcəklər”, - deyə əl-Burxan "Twitter” səhifəsində yazıb.

Oxşar xəbərlər