Tramp İranı məhv etməklə hədələdi

  • 26 iyun 2019, 10:10

ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhaninin Ağ Evin ünvanına səsləndirdiyi "ağıldankəm və geridəqalmış” ifadəsinə cavab verib.

"Qafqazinfo” xəbər verir ki, amerikalı lider Tvitterdə yazdığı statusunda İranın bəzi reallıqları başa düşmədiyini qeyd edib. Tramp bildirib ki, İran tərəfindən ediləcək istənilən hücum "böyük və dəhşətə düşürən” cavab addımı ilə qarşılanacaq.

"Bu cavab hətta məhvedici olacaq. Daha nə Con Keri var, nə Barak Obama”, – deyə Tramp yazıb.

Qeyd edək ki, Ruhani Eğ Evin ünvanına təhqirləri Vaşinqtonun yeni sanksiyalarına cavab olaraq səsləndirmişdi.

Oxşar xəbərlər