Xəbər lenti
Bütün xəbərlər

Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO

  • 17 iyun 2019, 10:02
Türkiyədə "Luys TV” erməni və türk dillərində efirə çıxacaq ilk kanal olaraq fəaliyyətə başlayıb.
Bu haqda kanalın rəhbəri, jurnalist Aram Kuran bildirib.
O, təxminən 2 il əvvəl bu kanalı qurmaq üçün yola çıxdıqlarını deyib. Aram Kuran proqramların 70 faizinin erməni, 30 faizinin isə türk dilində yayımlacağını deyib. "Lyus” sözünün erməni dilində "işıq” anlamına gəldiyini deyən jurnalist 21 nəfərlik bir heyətlə çalışdıqlarını qeyd edib.
Kuran bu işdə ən böyük dəstəyi prezident Rəcəb Tayyib Ərdoğanın verdiyini deyərək ona təşəkkür edib.
Oxşar xəbərlər