Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub

  • 16 iyun 2019, 11:47

Tonqa krallığı sahillərinin yaxınlığında Sakit Okeanda 6,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti (USGS) bildirib.

"UTC" vaxtı ilə saat 21:56-da qeydə alınan yeraltı təkanların episentri, Ohonuya şəhərindən 97 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Oxşar xəbərlər