Xəbər lenti
Bütün xəbərlər

Rusiya-Ermənistan arasında növbəti gərginlik - Qətl

  • 06 iyun 2019, 09:39

QRU-nun keçmiş zabitini qətlə yetirən ermənilərin bir qrupu həbs edildi- biri İrəvana qaçdı

Rusiyada Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş əməkdaşı Nikita Belyankini ürəyindən bıçaqlamaqla öldürməkdə təqsirli bilindiyi üçün həbs edilənlərin adları məlum olub.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, həbs olunanlar "Bir Xaysa”nın barmeni Ermənistan vətəndaşı, 1992-ci il təvəllüdlü Narek Stepanyan, Moskvada yaşayan iqtisadçı, 1978-ci il təvəllüdül Suren Markosyan və işsiz, 1977-ci ildə doğulmuş Sergey Xodjayevdir.

Bununla həbs edilən ermənilərin sayı 4-ə çatıb.

Faktla bağlı Rusiyada iki maddə ilə cinayət işi qaldırılıb, 1 iyunda törədilən ağır cinayətin digər iştirakçıları, 17 nəfər barədə federal axtarış verilib.

Rusiya mediası yazıb ki, rus zabitini öldürən Ermənistan vətəndaşı olan kababçı Qriqor Ohanyandır.

Hadisədən sonra o, Rusiyanı tərk edərək İrəvana uçub. Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin iyunun 4-də Ermənistana uçduğu və erməni həmkarı Valeri Osipyanla görüşdüyü xəbəri yayılsa da, Ermənistan mediası bu faktın üstündən keçməyə çalışır. İstisna deyil ki, o, cinayətkarı Ermənistandan almağa gəlib.

Baş verənlər bunu deməyə əsas verir ki, Rusiya və Ermənistan arasında onsuz da gərgin olan münasibətlər daha da kəskinləşə bilər.

Oxşar xəbərlər