Xəbər lenti
Bütün xəbərlər

Tramp II Elizabetlə görüşə helikopterlə gəldi - Video

  • 03 iyun 2019, 17:16

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Kraliçası II Elizabet ilə görüşüb.

Report xəbər verir ki, bu, D.Trampın Birləşmiş Krallığa ikigünlük rəsmi səfəri çərçivəsində ilk rəsmi qəbuldur.

ABŞ prezidenti Bukingem sarayına həyat yoldaşı ilə birgə helikopterlə gəlib. Qeyd olunur ki, nəqliyyatın bu növü təhlükəsizlik məqsədləri üçün seçilib.

Şahzadə Çarlz Trampı sarayın qərb terasına qədər müşayiət etdikdən sonra prezident gülərüzlə kraliçanı salamlayıb.

Prezident və xanımı Melanya Tramp kraliça ilə nahar yeməyində iştirak edəcək.


Oxşar xəbərlər