Postunu itirən kansler müvəqqəti hökumətə yiyə durmur

  • 29 may 2019, 13:59

Avstriya hökumətinin başçısı postunu itirən Sebastyan Kurts növbədənkənar parlament seçkisində qalib gələcəyinə əmin olduğunu bəyan edib. Novator.az-ın məlumatına görə, o, hökumətə müvəqqəti rəhbərlikdən imtina etdiyi üçün kansler səlahiyyətləri müavin Hartviq Legerə keçib.

Avstriya prezidenti Aleksandr Van der Bellen mayın 28-də hökuməti istefaya göndərib.

2017-ci il oktyabrın 15-i ölkədə keçirilmiş parlament seçkisini Xalq Partiyası udaraq Azadlıq Partiyası ilə koalisiya qurub. Kansler postunu Xalq Partiyasının lideri Sebastyan Kurts, kansler müavini postunu Azadlıq Partiyasının lideri Hayns-Kristian Ştraxe tutub. Hökumət həmin il dekabrın 18-də prezident Aleksandr Van der Bellenin hüzurunda and içərək fəaliyyətə başlayıb.

Avstriya Azadlıq Partiyası millətçiliyi, Avropa inteqrasiyasına, köçkünlərə qarşı radikal münasibəti ilə tanınır. Bir neçə gün əvvəl partiya lideri Hayns-Kristian Ştraxenin 2017-ci il seçkisində Rusiyadan maliyyə yardımı istəməsinə dair video yayılıb. Bundan sonra Hayns-Kristian Ştraxe istefa verib və koalisiya dağılıb, parlament isə hökumətə etimadsızlıq göstərib.

Oxşar xəbərlər