ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub

  • 17 may 2019, 09:36

ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub, hərbi dəniz qüvvələrinin bir neçə gəmisi də onlara yaxınlaşmaq üzrədir.

"RİA Novosti”nin verdiyi xəbərə görə, bütün bunlar İranla münasibətlərin pisləşməsi fonunda baş verir.

Aviasiyadaşıyıcı zərbə qrupuna hələlik körfəzə daxil olmayan "Abraham Lincoln" gəmisi başçılıq edir. Körfəzdə hazırda idarə olunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadriya minadaşıyıcısı var. BƏƏ sahilləri yaxınlığında universal desant gəmisi "Kearsarge" yerləşir. Gəmi bu həftənin əvvəlində də "McFaul” gəmisi ilə birgə körfəzdə peyda olmuşdu.

Bildirilir ki, "Abraham Lincoln" gəmisi 90 təyyarə və helikopteri daşıya bilir. Qrupa, həmçinin raket kreyseri "Leyte Gulf", "Mendez Nunez" freqat gəmisi, eskadriya minadaşıyıcı "Bainbridge" gəmisi daxildir. Zərbə qrupunun tərkibində təxminən 700 hərbi qulluqçunu və 14 texnikanı daşıya bilən "Arlington" gəmisi də yer alıb.

Pentaqon əmin edir ki, gəmi qruplarının yerləşdirilməsi İranın hücum niyyəti ilə bağlı "yüksək hazırlıq nişanəsi”nə cavab tədbiridir.

Qeyd edək ki, prezident Donald Tramp müdafiə naziri Ceyms Mettisə İranla müharibənin olmayacağına dair vəd verib. İranın ali dini lideri Əli Xamenei də ölkəsinin ABŞ-la müharibə etmək istəmədiyini bildirib.

Oxşar xəbərlər