Tramp Putinlə görüşəcək

  • 14 may 2019, 09:04

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Yaponiyada görüşüb, danvışıqlar aparmaq niyyətindədir. Bu barədə xəbəri Ağ Evin bəyanatına istinadla «Röyter» agentliyi yayıb.

Qeyd olunur ki, görüş «Böyük iyirmiliyin» Osaka şəhərində (Yaponiya) 28-29 iyun tarixlərində keçiriləcək sammiti çərçivəsində baş tutacaq.

Tramp əmin olduğunu bildirib ki, danışıqlar Rusiya ilə yaxşı münasibətlərin qurulmasına kömək edəcək.
Bundan başqa, ABŞ prezidenti sammit çərçivəsində Çin ideri Si Tsizinpinlə də görüşüb, ticarət mübahisəsini müzakirə etməyi planlaşdırır.
Bununla yanaşı, Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, hələlik Putinlə Trampın görüşünə heç bir hazırlıq görülmür.

Oxşar xəbərlər