Xəbər lenti
Bütün xəbərlər

Avropa Rusiya ilə savaşa gedir

  • 10 fev 2015, 15:16
Ukraynada baş verən hadisələr Avropa ilə Rusiyanı böyük müharibəyə çəkir.
Ukraynanın cənub-şərqindəki vəziyyəti təhlil edən bir sıra Rusiya ekspertləri bu nəticəyə gəliblər. 

Rus politoloqlar əsasən Fransa prezidenti Fransua Ollandın sözlərinə əsaslanırlar. "Əgər sadə kompromiss deyil, uzunmüddətli sülh sazişi əldə ediməzsə, biz hadisənin hansı ssenari ilə inkişaf edəcəyini bilirik. Bu müharibə ssanarisidir", - deyə Fransua Olland vurğulayır.

"Belə görünür ki, Avropa liderləri ciddi anın gəldiyini anlayıblar - durum pis istiqamətə doğru gedir və bu, Rusiya da daxil olmaqla Avropada iri miqyaslı müharibə təhlükəsi yaradır", - deyə Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun əməkdaşı Sergey Fedorov bildirib.

 

Demokratik.Az 


 

Oxşar xəbərlər