Xəbər lenti
Bütün xəbərlər

Nazirlər aksiya keçirdi

  • 10 fev 2015, 15:08
Avropa İttifaqına üzv olan ölkələrin 14 xarici işlər naziri Brüsseldə maraqlı aksiya keçiriblər.


 Onlar Rusiyada saxlanılan Ukrayna Hərbi Hava Qüvvələrinin pilotu Nadejda Savçenkonun azadlığa buraxılmasını tələb ediblər. Nazirlər və Fransa nümayəndəsi oğurlanan xanım təyyarəçinin fotoşəklini əllərində tutaraq etirazlarını bildiriblər.

Aksiya Avropa İttifaqının Xarici İşlər Məsələləri Şurasının Brüsseldə keçirilən iclası çərçivəsində baş tutub.

Xatırladaq ki, Nadejda Savçenko Rusiyada qanunsuz saxlanıldığına etiraz əlaməti olaraq 59 gündür aclıq elan edib. Rusiyanın İstintaq Komitəsi oğurlanmış ukraynalı xanım barəsində cinayət işini dayandırmaqdan imtina edib.

 

Demokratik.Az