Rusiya döyüş gəmisini Aralıq dənizinə göndərib

  • 27 apr 2019, 22:34

Rusiya Donanmasının 148 nömrəli "Orsk” döyüş gəmisi Çanakkala boğazından keçərək, Aralıq dənizinə doğru hərəkət edib.

Publika.az xəbər verir ki, bu gün səhər saatlarında Aralıq dənizinə gedən rus gəmisinin göyərtəsindəki əsgərlərin gülləkeçirməz jiletlər geyindiyi diqqətdən qaçmayıb.

Son vaxtlar NATO-nun Aralıq və Qara dənizlərdə təlimlərə başlaması fonunda Rusiyanın döyüş gəmisinin hərəkət marşrutu diqqət çəkib.

Oxşar xəbərlər