Putin və Ərdoğan yenidən birlikdə

  • 08 apr 2019, 20:19
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada keçirilən VIII Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında Rusiya prezidenti Vladimir Putinlə görüşüb. 
Mətbuat qarşısına çıxan prezidentlər açıqlamalarla yadda qalıb. Türkiyə rəhbəri 6 milyon rusiyalının Türkiyəyə səfər etməsindən və iki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması barədə hədəflərindən söz açıb. 
Vladimir Putin isə Suriya probleminin həlli, həmçinin "S-400" raketdən müdafiə sisteminin göndərilməsinin gündəmdə olduğunu bildirib.
Qeyd edək ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında siyasi, hərbi, strateji, iqtisadi, ticarət və mədəni məsələlər müzakirə ediləcək.
Oxşar xəbərlər