Xəbər lenti
Bütün xəbərlər

HƏMAS-a Misirdən zərbə

  • 03 fev 2015, 19:44
Misir hökuməti Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) terror təşkilatlarının siyahısına salınması üçün iş başladıb. 

Misirdə Tariq Mahmud adlı bir vəkil HƏMAS-ın terror təşkilatları siyahısına salınması üçün məhkəməyə müraciət edib.

İsgəndəriyyə Fövqəladə İşlər Məhkəməsi də fevral ayının 17-də müraciətə baxmaq qərarına gəlib.

Tariq Mahmudun HƏMAS-ın milli təhlükəsizliyə zərər verdiyi və "Müsəlman Qardaşları" təşkilatının silahlı qanadı olduğu səbəbi ilə terror təşkilatları siyahısına salınmasını və ölkədə hər cürə fəaliyyətinin qadağan olunmasını istədiyi bildirilir. 

Məlumat üçün bildiririk ki, bir neçə gün bundan öncə HƏMAS-ın silahlı qolu olan İzzəddin əl-Qassəm bölüklərinin terror təşkilatları siyahısına daxil edilməsi üçün 20 noyabr 2014-cü il tarixli müraciətə baxan Qahirə Fövqəladə İşlər Məhkəməsi iddianı təmin edərək təşkilatı terror təşkilatları siyahısına daxil etmiş və Misir ərazisində fəaliyyətini qadağan etmişdi.
Vüsal
Oxşar xəbərlər