İslam Kərimov komaya düşdü

  • 03 fev 2015, 19:08

Özbəkistan müxalifətindəki mənbələr prezident İslam Kərimovun komaya düşdüyünü xəbər verir.

Bu barədə məlumatı mühacirətdəki "Özbəkistan xalq Hərəkatı”ına istinadən bir neçə regional KİV yayıb.

Bildirilir ki, "Özbəkistan Xalq Hərəkatı”nın Daşkənddəki mənbələri dövlət başçısının səhhətinin yanvarın 28-də kəskin pisləşdiyini xəbər veriblər.

"Təxminən axşam saat 20:30-da "Kuksaray” rezidensiyasındakı şam yeməyi zamanı prezident İslam Kərimov huşunu itirib. Rezidensiyanın tibb personalı dövlət başçısına təcili tibbi yardım göstərib. Bundan əlavə Durmenə həkim-mütəxəssislər çağırılıb. Ancaq bütün səylərə baxmayaraq prezidentin huşunu özünə qaytarmaq mümkün olmayıb. Kərimov yanvarın 29-da da koma vəziyyətində olub”- deyə mənbə bildirib.

Bu məlumatlar Özbəkistandakı prezident seçkiləri ərəfəsində yayılır. 77 yaşlı İslam Kərimovun səhhətinin yaxşı olmadığı barədə bundan əvvəl də şayiələr yayılırdı. Özbəkistan dövlət başçısı bu seçkilərə ailəsində baş verən ciddi qalmaqallar fonunda gedir. Onun böyük qızı, bir vaxtlar hakimiyyətinin varisi hesab olunan Gülnarə Kərimova atasının hakimiyyətinə qarşı çıxışlarından, hakim ailə daxilində baş verənləri açıqladıqdan sonra bir ildən çoxdur ki, Daşkənddə ev dustağı edilib.

Yanvarın ortalarında İslam Kərimovun arvadının yaxın qohumu, Özbəkistanın bütün gəlirli biznes sahələrinə nəzarət edən, 2013-cü ildə həbs olunan Əkbərəli Abdullayevə qapalı məhkəmədə hökm çıxarılıb.

"Azadlıq” radiosunun özbək xidmətinin jurnalisti məhkəmənin məxfi elan edilən məhkəmə hökmünü əldə edib və orada göstərilir ki, Əkbərəli 800 milyon dollar vəsaitin mənimsənilməsində təqsirli bilinib. Daşkənd prokuroru M.X.Obidov tərəfindən təsdiqlənmiş ittiham aktına əsasən Əkbərəli Abdullayevin başçılıq etdiyi cinayətkar qruplaşma Fərqanə və Navoy vilayətlərindəki iri müəssisələrin gəlirlərini qanunsuz olaraq mənimsəyib/virtualaz.org/.


Oxşar xəbərlər