Xəbər lenti
Bütün xəbərlər

Tramp Anjelina Colinin atasını vəzifəyə təyin edib

  • 27 mar 2019, 09:59

Aktrisa, rejissor, ssenarist, prodüsser və model Anjelina Colinin atası, aktyor Con Voyt ABŞ prezidenti Donald Tramp tərəfindən vəzifəyə təyinat alıb.

Bu barədə "Report” "The Hollywood Reporter”a istinadən xəbər verir.

Qeyd edilir ki, o, ABŞ-ın keçmiş prezidenti Con F.Kennedinin İfaçılıq Sənəti Mərkəzinin Qəyyumlar Şurasında təmsil olunacaq.

Məlumata görə, məşhur "Oskar” mükafatı laureatı Hollivudda ən mühafizəkar xadimlərdən biridir. Con Voyt Donald Trampa dəstəyini açıq şəkildə bildirir. Aktyor ABŞ-ın sabiq prezidenti Barak Obamanın yürütdüyü siyasəti fəal tənqid edib.

Qeyd edək ki, daha əvvəl Anjelina Colinin kinodan getdiyi xəbər verilib.

Oxşar xəbərlər