Ermənistan XİN başçısı Lavrova zəng etdi

  • 19 mar 2019, 00:59

Ermənistan və Rusiyanın xarici işlər nazirləri, Zöhrab Mnatsakanyan və Sergey Lavrov arasında telefon danışığı olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 18 martda baş tutan telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə reallaşıb. Telefon danışığı zamanı nazirlərin ikitərəfli əməkdaşlığa dair aktual məsələləri müzakirə etdikləri bildirilir və detallı hansısa məlumat verilmir.

Qeyd edək ki, son zamanlar Qarabağ ətrafında yaranmış gərgin vəziyyətdən narahat olan İrəvan danışıqların dayandırıla biləcəyindən ehtiyat edir. Bu arada, Rusiya XİN rəsmisi danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Oxşar xəbərlər