"Huawei" ABŞ hökumətini məhkəməyə verdi

  • 07 mart 2019, 09:59
Çinin texnologiya nəhəngi "Huawei" Kanadadan sonra ABŞ hökumətini də məhkəməyə verib.

Şirkətin iddiasına görə, ABŞ-ın "Huawei" məhsullarından istifadə edən şirkətlərlə əməkdaşlıqdan imtina etməsi qanunsuzdur və bu qadağa üçün heç bir əsas irəli sürülməyib.

Qeyd edək ki, ötən günlərdə şirkətin maliyyə direktoru təhlükəsizlik əməkdaşlarının hava limanında ona qarşı törətdikləri əməllərə görə Kanada hökumətini məhkəməyə verib.
Oxşar xəbərlər