Ərdoğan: "Öldürdüyüm akademiklər haradadırsa..."

  • 27 yan 2019, 13:48

İngiltərədə mənim akademikləri öldürməyimdən danışırlar. Bu öldürdüyüm akademiklər haradadırsa, mən də eşitmədim.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə AKP-çilərlə keçirilən görüşdə deyib.

"Dünya zalımlarla doludur. Amma biz də deyirik ki, zalımlara görə, yaşasın cəhənnəm. Cümhuriyyətlə bərabər qurulduq, "Atatürkün partiyasıyıq” deyənlər yerlərdə sürünür. Çünki bügünə qədər Atatürkü istismar etməkdən başqa bir iş görmədilər. FETÖ-nün montaj və şantajları ilə yolumuzu kəsməyə çalışanlar bu seçkilərdə də boş durmayacaqlar”, - Ərdoğan bildirib.

Oxşar xəbərlər