Şotlandiyanın sabiq birinci naziri həbs olunub

  • 24 yan 2019, 21:07

Şotlandiyanın sabiq birinci naziri Aleks Salmond polis tərəfindən həbs olunub.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, Şotlandiya Polisinin məlumatına görə, Salmond qanuna hörmətsizlik etdiyinə görə prokurorluğa göndərilib və bu gün məhkəmə qarşısına çıxarılacaq.

BBC-in verdiyi xəbərə görə, 64 yaşlı A.Salmond barəsində iki qadın tərəfindən bir neşə il əvvəl onlara qarşı cinsi təczvüzdə ittihamla bağlı hökumət tərəfindən gizli araşdırma aparılıb və sənədlər ötən ilin avqust ayında polisə təqdim olunub.

Qeyd edək ki, 2007-2014-cü illərdə Şotlandiya hökumətinə rəhbərlik etmiş A.Salmond 2014-cü ildə müstəqilliklə bağlı keçirilən referendum zamanı regionun Böyük Britaniyadan ayrılaraq müstəqilliyinə tərəfdar çıxmışdı.

Oxşar xəbərlər