Yəhudi baş nazir təcavüzkarlara "meydan oxudu"

  • 21 yan 2019, 22:10

İsrail ona təhlükə yaradan istənilən ölkəyə cavab zərbəsi endirməyə hazırdır.

Oxu.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu Suriyaya endirilən aviazərbələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, İsrail İranın aqressiyasına vasitəçilik edən İran və Suriya qüvvələrinə qarşı tədbirlər görür.

"Bizə zərər vurmağa çalışan istənilən dövlətə layiqli cavabını verəcəyik. Bizi məhv etməklə hədələyənlər, kim olursa-olsunlar, bunun məsuliyətini daşıyacaqlar”, - deyə Netanyahu "Ramon” aeroportunun açılış mərasimində bildirib.

Oxşar xəbərlər