Adnan Oktar Ərdoğana məktub yazdı

  • 13 yan 2019, 15:43

Türkiyə KİV-ləri xəbər verir ki, A.Oktar məktubunda cəza evindəki saxlanma şəraitindən narazılığını bildirib, vəziyyətinin yaxşılaşdırılmasını xahiş edib.

O, məktubu vəkilləri vasitəsi Türkiyə prezidenti başda olmaqla, bir neçə dövlət qurumunun rəhbərlərinə də ünvanlayıb.

A.Oktar Ərdoğana məktubunda bunları yazıb: "4 aya yaxın qaldığım Pınarhisar cəzaevində şərtlər yaxşı idi. İki aya yaxındır ki, burada əziyyət çəkirəm. Həbsxanada məhbus sayının həddindən artıq çox olması yaşayış şərtlərini ağırlaşdırır. 40 min nəfərin yatağı yoxdur. 80 min nəfər də eyni yatağı bölüşmək məcburiyyətindədir”.

Bununla yanaşı, A.Oktar məktubunda həbsxanada gigiyena, istilik sistemi, isti su təchizatının və qidaların da zəif olmasından şikayətlənib.

Prezidentdən təcili kömək istəyən A.Oktar "Hər şey cənab prezidentimizin əlindədir” deyə məktubunda bildirib:"Dünyaya lider və örnək olmaq məqsədilə yola çıxan Türkiyəmizin ədalət sistemini bu həbsxanada aşağılamağa çalışırlar. Bu tələni dağıtmaq, vətəndaşı dövlətinə küsdürmək oyununu durdurmaq prezidentimizin əlindədir. Türkiyə prezidentindən bu sadaladığım problemlərin aradan qaldırılması üçün təlimat verməsini bütün məhkumlar adından xahiş edirəm”.

Oxşar xəbərlər