Həsən Ruhani erməni şəhidinin ailəsinə baş çəkdi

  • 02 yan 2019, 22:28

Yeni il gecəsi İran prezidenti Həsən Ruhani İran-İraq müharibəsində həlak olmuş erməni əsilli fədai Alfred Həbrinin ailəsinə baş çəkmiş və yeni il münasibəti ilə onları təbrik etmişdir.

İran televiziyasının verdiyi xəbərə görə Həsən Ruhani bu görüşdə bütün xristian vətəndaşları yeni il münasibəti ilə təbrik etmiş və Alfred Həbrinin ailəsinə səbr diləmişdir. O onlara üzünü tutaraq daha sonra əlavə etmişdir: "Sizin oğlunuz özünü vətən yolunda qurban vermişdir. Oğul itirmək asan iş deyil, amma nəzərə alsaq ki, sizin oğlunuz vətən yolunda fədailik zirvəsinə çatmışdır, bu fakt itkini yüngülləşdirir.

Oxşar xəbərlər